Peşəkar Çövkən Liqası 2025 başlayır: Açılış mərasimi və ilk turun oyunları!

Peşəkar Çövkən Liqası 2025: Açılış Mərasimi və İlk Turun Oyun Cədvəli

Martın 11-də Peşəkar Çövkən Liqası 2025-in açılış mərasimi keçiriləcək. Saat 13:30-da baş tutacaq tədbirdən sonra komandalar ilk turun oyunlarına start verəcək.

Bu mövsüm çempionata 12 komanda qatılır və liqa iki dövrəli sistemlə keçiriləcək. Hər dövrədə 11 tur, ümumilikdə isə 132 oyun baş tutacaq.

İlk turun 1-ci günündə aşağıdakı oyunlar keçiriləcək:

14:00 – Sərhədçi - Buta Golden
15:00 – Polad - Elit
16:00 – Omar - Xəzər

Martın 12-də isə turun 2-ci günündə komandalar meydana çıxacaq:

14:00 – Şirvan - Atilla
15:00 – Qarabağ - Embawood
16:00 – Zəfər - Ağstafa Dilbaz

Gərgin və maraqlı qarşılaşmaların olacağı bu mövsüm azarkeşlərə unudulmaz anlar yaşadacaq!

Müəllif: Bəhruz MƏMMƏDOV