Millimizin (U-17) seçmə mərhələ üçün heyəti

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Millimiz martın 14-də, saat 13:00-da, “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.

U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Milliyə çağırılan futbolçular və oyunların təqvimi ilə tanış ola bilərsiniz:

S. Ad / Soyad Klub
1 Rauf Əyyubov Sabah
2 Elbrus Kərimov Marcet (İspaniya)
3 Murad Qurbanov Zirə
4 Həzrət Səmədov Sabah
5 Səttar Tahirzadə Marcet (İspaniya)
6 Tuncay Əhmədov Marcet (İspaniya)
7 Amin Rzayev Qarabağ
8 Fərid Cabbarlı Zirə
9 Nadir Nəsibli Marcet (İspaniya)
10 Muhamməd Çodarov Marcet (İspaniya)
11 Tunar Muradov Turan Tovuz
12 Əli Qazibəyov Qarabağ
13 İbrahim Babayev Servette 1890 (İsveçrə)
14 Vüsal Kərimov Neftçi
15 Abdulaziz Cabbarlı Qarabağ
16 Ariz Kərimov Qəbələ
17 Tunar Rzayev Marcet (İspaniya)
18 İslam Həsənov Graficar (Serbiya)
19 Əhməd Vəliyev Qarabağ
20 Əli İbrahim Qarabağ

19 mart

18:00. Azərbaycan – Albaniya

“Elbasan Arena”

22 mart

15:00. Uels – Azərbaycan

“Elbasan Arena”

Müəllif: Bəhruz MƏMMƏDOV