Günay Qurbanova U23 Avropa çempionatının finalında

Albaniyanın paytaxtı Tiranada U23 Avropa çempionatı davam edir.

Bu gün qadın güləşi üzrə yarışa start verilib.

Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya “tuş”la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.

Nərgiz Səmədova (55 kq) 1/4 finalda almaniyalı Amori Andrixə “tuş”la uduzub.

Günay Qurbanovanın (59 kq) U23 Avropa çempionatında debütü uğurlu alınıb. 17 yaşlı güləşçimiz əvvəlcə belaruslu Marta Hetmanavaya (7:2) üzərində inamlı qələbə qazanıb. Günay yarımfinalda isə ukraynalı Yuliya Paxniuka isə tam üstünlüklə (11:1) qalib gəlib. Qurbanova sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV