Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşib

11 və 12 mart tarixlərində Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları baş tutub.
İlk oyun günündə iki görüş keçirilib. NTD klubu 71-66 hesabı ilə region təmsilçisi "Şəki"yə qalib gəlib. "Naxçıvan" isə 102-60 hesabı ilə "Abşeron"u darmadağın edib.
İkinci oyun günündə "Gəncə" 94-89 hesabı ilə "Sərhədçi"ni məğlub edib. "Neftçi" klubu isə "Sabah" üzərində 85-81 hesablı çətin qələbəyə sevinib.
1/4 final oyunlarında qeydə alınmış nəticələrdən sonra yarımfinal cütləri müəyyənləşib. "Naxçıvan"-"Gəncə" və "Neftçi"-NTD yarımfinal oyunları 28 mart tarixində Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, kubokun final oyunu isə 30 martda oynanılacaq.
