Şarl Lekler: "SF-25-in böyük potensialı var, amma bu gün performansımızı itirdik"

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, SF-25-in böyük potensialı var.
Ferrari Avstraliyada ikinci sərbəst yürüşlərdə ən sürətli olsa da, bu tempini sıralanma turuna əks etdirə bilməyib. Şarl Lekler 7-ci, Lyuis Həmilton 8-ci yeri tutub.
Şarl Lekler: “Bolidi limitlərdə sürəndə qeyri-stabillik artmağa başladı. Birinci sessiyada yaxşı idik. İkinci sessiyada bir az gerilədik. Üçüncü sessiyada isə limitlərdə sürməli olduq. Ancaq trasın təkmilləşməsinə cavab verə bilmədik.
Xüsusən də son sektorda təkərlər çox qızdı. Dünənki performansımıza görə bu gün daha çox çətinlik çəkdim. Bunu təhlil etməliyik.
Dünənə nisbətən rəqabətədavamlılığımızı itirdik. Nəyi dəyişdirdiyimizi bilirik. Buna qətiliklə baxacağıq.
Məncə, McLaren-ə yaxınıq. Sadəcə son sessiyada bolidin balansını və işləmə aralığını itirdik”.
(Kokpit.az)
