ABL-də müntəzəm mövsümün sonuna iki tur qalır

13-16 mart Azərbaycan Basketbol Liqasında (ABL) 18-ci turun oyunları keçirilib.
Turun açılış oyununda "Quba" 95-84 hesabı ilə Lənkəran səfərindən qalib ayrılıb. "B" qrupunun növbəti oyunu Sumqayıtda baş tutub. Yerli komanda 96-104 hesabı ilə "Şəki"yə məğlub olub.
"B" qrupunda mərkəzi oyun "Gəncə" və "Ordu" klubları arasında oynanılıb. Görüş "Gəncə"nin 84-74 hesablı qələbəsi ilə yekunlaşıb.
"A" qrupunda "Sabah" 99-64 hesabı ilə "Abşeron" üzərində asan qələbə əldə edib. "Sərhədçi" İdman Mərkəzində isə "Naxçıvan" 68-66 hesabı ilə "Sərhədçi" üzərində çətin qələbə qazanıb.
Turun bağlanış oyununda "Neftçi" 76-64 hesabı ilə NTD-dən güclü olub. Geridə qalmış 18 turdan sonra, "A" qrupunun vahid lideri "Sabah" klubudur. "Naxçıvan" ikinci, "Neftçi" isə 3-cü pillənin sahibidir.
"B" qrupuna isə "Gəncə" və "Şəki" klubları şərikli liderlik edirlər. "Ordu" klubu "B" qrupunun ən güclü üçüncü komandasıdır.
