QRUPDA İKİNCİ QƏLƏBƏ

ESTAFET/ Xəbər verdiyimiz kimi, oğlanlardan ibarət 16 yaşlı basketbolçularımız Avropa çempionatının C Dvizionunda mübarizəyə başlayıb. Komandamız Kiprdə meydan sahibləri, Uels, Malta və San Marino komandaları ilə bir qrupda yer alıb.
Keçirdiyi ilk görüşdə komandamız çempionata qələbə ilə başlamışdı - Uels komandası 75:51 (15:8, 26:23, 17:14, 17:6) hesablı məğlubiyyətə uğradılıb. Yığmamız növbətini görüşündə meydan sahiblərinə gətgin keçən mübarizə sonucunda 62:63 (16:17, 26:10, 13:21, 7:15) hesabı ilə məğlub oldular. Komandamız bugün San Marinoya qarşı keçirdiyi görüşünü qələbə ilə başa vurmağı bacarıb - 63:60 (13:17, 19:8, 15:17, 16:18). Qrupun son oyununda komandamız Maltanı sınağa çəkəcək.
Qeyd edək ki, ötən həftə başa çatan 18 yaşlılardan ibarət komandalar arasında Avropa Çempionatının C Dvizionunda yarışan komandamız çempion olub. Onlar finalda Andorranı 74:57 (12:11, 20:13, 19:8, 23:25) hesabi ilə məğlub etmişdilər.