U-17 Belarusla yoxlama görüşü keçirdi

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.

Müəllif: Bəhruz MƏMMƏDOV