Azərbaycanın U-19 futzal komandası Avropa çempionatına çətin başlanğıc etdi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi komandası Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirib.
7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Ribnjak İdman Sarayında təşkil olunan görüş rəqibin 10:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 13-cü dəqiqədə Ədalət Ələkbərov və 34-cü dəqiqədə Bəyoğlan Vəlizadə vurub.
Qeyd edək ki, U-19 millimiz növbəti oyununu martın 27-də Xorvatiya seçməsinə qarşı keçirəcək.
