Yüksək Liqada güclü start: “Xilasedici” və “AZERRAIL” rəqiblərinə aman vermədi!

Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları keçirilib.
Bu gün baş tutan XVII tur çərçivəsində Sumqayıt OİK-də “Gənclər” komandası “AZERRAIL”lə, FHN-nin idman zalında “Xilasedici” MOİK-lə, GİN-nin Voleybol Mərkəzində isə “Neftçi” klubu “Murov Az Terminal”la üz-üzə gəlib.
“AZERRAIL” və “Xilasedici” komandaları 3:0, “Murov Az Terminal” klubu isə 3:1 hesabı ilə qələbə qazanıblar.
Oyunların nəticələri
Yüksək Liqa
28 mart
XVII tur
“Xilasedici” - MOİK 3:0 (27:25, 25:15, 25:15)
“Gənclər” - “AZERRAIL” 0:3 (23:25, 14:25, 13:25)
“Neftçi” - “Murov Az Terminal” 1:3 (20:25, 27:29, 27:25, 16:25)
