Çivçivadze: "Ribounda nəzarət edən komanda qalib gəlir"

"Neftçi" komandasının məşqçisi Daviti Çivçivadze "Sərhədçi" ilə oyundan (84:68) sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:
"İlk öncə qələbə münasibətilə komandami təbrik edirəm. Bildiyimiz kimi, pley-offa az qalıb. Hər bir oyun vacibdir. Bu oyunda müdafiə riboundlarında problemlər yaşadıq. Rəqib komanda 23 hücum riboundu etmişdi və təbii ki, bu, çoxdur. Biz bunun üzərində işləməliyik. Ribounda nəzarət edən komanda qalib olur.
Artıq biz Azərbaycan kubokunun yarımfinalına hazırlaşacağıq. Bu mərhələdə NTD komandası ilə qarşılaşacağıq. Bizim üçün çox vacib oyun olacaq."
