“Basketbolçularımız sübut etdilər ki, oynamağı bacarırlar” Tahir Baxşıyev

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Neftçi” İK ilə (86:83) qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirib:

"Bu oyundan əvvəl çoxları düşünürdü ki, biz autsayderik. Oyuna yaxşı hazırlaşmışdıq. Murad Babayevin olmaması problemlər yaradırdı. Bu gün Hüseyn Məmmədov və Oğuzxan Quliyev özlərini göstərmək üçün şans əldə etdilər. Və sübut etdilər ki, basketbol oynamağı bacarırlar. "Neftçi" çox güclü komandadır. Onların heyətində Azərbaycan milli komandasının iki oyunçusu var. Onlar yaxşı oyun göstərdilər. Amma bu gün biz daha güclü olduq".

Müəllif: Məsim MƏSİMZADƏ