DÜNYA KUBOKUNDA YARIMFİNALLAR OYNANILIR - YENİLƏNİB
ESTAFET/ Xəbər verdiyimiz kimi, Tbilisidə şahmat üzrə Dünya Kuboku davam edir. Dünya Kubokunda mübarizədə artıq cəmi 4 zəka ustası qalıb və bugündən etibarən yarımfinal görüşlərinə start verilib. 
 
Bu mərhələdə erməni Levon Aronyan fransız Maksim Vaşe-Laqravla, amerikalı Uesli So isə çinli Din Lijenlə qarşılaşıb. Hər iki görüş bərabərliklə yekunlaşıb və sabah tərəflər arasında ikinci qarşılaşmalara oynanılacaq.
 
Şahmat üzrə Dünya Kuboku, Yarımfinal
 
Uesli So (USA) - Din Lijen (CHN)
Levon Aronyan (ARM) - Maksim Vaşye-Laqrav (FRA)
 

Xatırladaq ki, Dünya Kubokunda finala çıxacaq hər 2 şahmatçı İddialılar Turnirinə birbaşa vəsiqə qazanacaqlar.