“Mövsümü yaxşı notlarla bitirmək istəyirik” Rüstəm Əliyev

“Ordu” klubunun kapitanı Rüstəm Əliyev klubun mətbuat xidmətinə açıqlama verib. O, mövsümün son matçları və komandanın ümumi çıxışı haqqında fikirlərini bildirib:
“Hələ heç nə bitməyib və mövsüm başa çatmayıb. Ümumilikdə isə komandanın çıxışı istədiyimiz kimi alınmadı. Sözün düzü, mən B qrupunda 1-ci yeri tutacağımıza inanırdım. Ancaq bəzi problemlər buna imkan vermədi. Xüsusilə Ramme Grifinin zədəli olması, bəzi legionerlərin səhhətində problemlərin olması, rotasiyanın olmaması istər-istəməz oyunumuza təsir etdi və bizi geri saldı. Mən özüm də hələ zədəmi tam sağaltmamışam. Qarşıda əsas mərhələnin son oyunları, eyni zamanda play-in matçları var. Bu oyunları yaxşı keçirib, mövsümü major notlarla başa vurmaq istəyirik”.
