Azərbaycan cüdoçularından Serbiyada uğurlu start - 1 qızıl, 3 bürünc medal

Serbiyada ISF U-15 Gimnaziada İdman Oyunlarının cüdo yarışları start götürüb.

Luçani şəhərində baş tutan ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl və 3 bürünc medal qazanıblar.

Qızların mübarizəsində -44 kq çəki dərəcəsində tatamiyə çıxan Yağmur Abdullayeva bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələnib. Fatimeyizəhraxanım Məmmədzadə (-36 kq) və Nərgiz Məmmədova (-40 kq) bürünc medala seviniblər.

Oğlanlar arasında isə Mehdi Məhəmmədəli -73 kq çəkidə bürünc medal qazanıb.

Qeyd edək ki, Oyunlarda 20 ölkədən 195 cüdoçu (112 oğlan, 83 qız) iştirak edir.

Müəllif: Natiq NƏSİROV