Nikita Simonovdan növbəti medal - Dünya Kubokunda gümüş uğuru!

Azərbaycanın təcrübəli gimnastı Nikita Simonov beynəlxalq arenada növbəti uğura imza atıb. O, Xorvatiyanın Osiyek şəhərində keçirilən “Kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku”nda parlaq çıxışı ilə fərqlənib.

Turnirin final mərhələsində 14.500 xal toplayan Simonov mötəbər yarışda gümüş medalın sahibi olub və fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bu nəticə ilə gimnastımız həm öz idman karyerasına, həm də Azərbaycan gimnastikasına daha bir uğur qazandırıb.

Nikita Simonovu qazandığı gümüş medal münasibətilə təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV