Cüdo hakimləri üçün praktiki seminar baş tutub

Aprelin 18-də Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə Cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində hakimlər üçün praktiki seminar təşkil olunub.
Təlim zamanı bu ildən Beynəlxalq Cüdo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalar təkrar olunub. Həmçinin sabah start götürəcək beş günlük Liqa yarışlarına (U-14 və U-17 Liqaları) hakimlərin son hazırlıq səviyyəsi yoxlanılıb. Təlim prosesi zamanı iştirakçılara praktiki tapşırıqlar təqdim olunub, yaranan suallar ətraflı şəkildə cavablandırılıb.
ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə baş tutan seminar hakimlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, həmçinin qarşıdakı yarışlarda peşəkar çıxış üçün əlavə hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, seminarda hakimlərin əsas heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlimlərə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.
