Qadın voleybolçuların Yüksək Liqasında bürünc medal uğrunda oyunlara start verilib

Bu gün GİN-in Voleybol Mərkəzində üçüncü yer uğrunda “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları ilk oyunlarına çıxıblar.

4 set davam edən oyun “Milli Aviasiya Akademiyası”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında növbəti qarşılaşma sabah keçiriləcək. Reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.

Üçüncü yer uğrunda
Birinci oyun
19 aprel

“Gəncə” - “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 25:23, 18:25, 17:25)

İkinci oyun
20 aprel

15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”
Ünvan: GİN-nin Voleybol Mərkəzi

Müəllif: Bəhruz MƏMMƏDOV