Avropa çempionatı 2024: Hidayət Heydərovu Rəşid Məmmədəliyev əvəz etdi

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub. Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.
Hidayətə tezliklə sağalaraq tatamiyə daha güclü qayıtmasını arzulayır, cüdoçularımıza isə Avropa çempionatında uğurlar diləyirik!
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
