Rəşid Məmmədəliyev Avropa çempionatında bürünc medal qazandı

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Rəşid Məmmədəliyev medal sevincini yaşadıb.
Kişilər arasında -73 kq çəki dərəcəsində tatamiyə çıxan Məmmədəliyev bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Daniel Seqedini məğlub edərək fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Podqoritsada təşkil olunan yarışda Avropanın aparıcı cüdoçuları mübarizə aparır və Azərbaycan idmançıları çempionatda uğurlu çıxışlarını davam etdirirlər.
