“AZERRAIL” Qızıl setdə qalib gəldi və Yüksək Liqanın çempionu oldu

Qadın voleybolçuların Yüksək Liqasının qalibi bəlli olub. Bu gün Milli Gimnastika Arenasında “Abşeron” və “AZERRAIL” klubları arasında ikinci final oyunu baş tutub.
Cütün ilk qarşılaşmasında “Abşeron” 3:0 hesabı ilə qalib gəlmişdi. Cavab matçında isə “AZERRAIL” eyni hesabla qələbə qazanıb. Ümumi hesab bərabərləşdiyindən çempionun adına Qızıl setdə aydınlıq gəlib. Həlledici hissədə qələbə qazanan “AZERRAIL” Yüksək Liqanın 2024/2025 illər mövsümünün çempionu olub. “Abşeron” ölkə birinciliyində gümüş, “Milli Aviasiya Akademiyası” isə bürünc medal qazanıb.
Qeyd edək ki, “Gəncə” çempionatı dördüncü, “Murov Az Terminal” beşinci, UNEC isə altıncı yerdə başa vurublar.
Yüksək Liqa
Final
(İkinci oyun)
24 aprel
“Abşeron” - “AZERRAIL” 0:3 (26:28, 28:30, 22:25)
Qızıl set: 12:15
