Azərbaycan Basketbol Liqasında finalın adı "Sabah"-"Neftçi"

29 aprel Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal pley-off seriyalarının cavab oyunları baş tutub.

Şəki Olimpiya İdman Kompleksində "Sabah" yarımfinalın cavab oyununda "Şəki" klubuna 96-72  hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 2-0 edərək ilk finalçı olub. "Abşeron"-"Neftçi" yarımfinal pley-off seriyasının cavab oyununda, "Neftçi" klubu rəqibinə 81-72 hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 2-0 edərək adını finala yazdırıb. Qeyd edək ki, "Sabah"-"Neftçi" final super seriyasında ilk oyun 2 may tarixində baş tutacaq.

Finalda ən tez 4 qələbə qazanmış klub Azərbaycan Basketbol Liqasının (ABL) qalibi olacaq.

Müəllif: Məsim MƏSİMZADƏ