Kəmaləddin Heydərov İordaniyada “Ümid və Arzular” İdman Festivalının açılışında iştirak edib

Aprelin 30-da İordaniyanın Amman şəhərində Dünya Taekvondosu və Taekvondo Humanitar Fondu tərəfindən qaçqın idmançılar üçün təşkil olunan 3-cü “Ümid və Arzular” İdman Festivalının açılış mərasimi keçirilib.
Tədbirdə İordaniyada səfərdə olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da iştirak edib. O, Dünya Taekvondosu və Taekvondo Humanitar Fondunun prezidenti Çunqvon Çonun dəvəti ilə mərasimə qatılıb.
Festivalın açılış mərasimində bir sıra nüfuzlu beynəlxalq idman rəsmiləri də iştirak ediblər. Tədbir çərçivəsində müxtəlif idman növləri üzrə maraqlı çıxışlar və nümayişlər təqdim olunub.
Qeyd edək ki, “Ümid və Arzular” festivalı idmanın birləşdirici gücünü vurğulamaqla yanaşı, qaçqın gənclərin sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.
