İstanbulda gənclər arasında Avropa Kuboku start götürüb

Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku start götürüb.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşan yarışın ilk günündə Azərbaycan cüdoçuları aktivlərinə 3 medal yazdırıblar.
-66 kq çəki dərəcəsində tatamiyə çıxan Nizami İmranov bütün rəqiblərindən üstün olaraq qızıl medalı boynundan asıb.
-60 kq çəkidə çıxış edən idmançılarımız Nihad Məmişov və Fərid Qarayev isə üçüncü yeri tutublar.
Qeyd edək ki, ölkəmiz turnirdə 38 cüdoçu ilə təmsil olunur.
