ELMƏDDİN MEDALSIZ QALDI: YAÇ-2017
ESTAFET/ Xəbər verdiyimiz kimi, Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.
Bu gün təmsilçilərimizdən daha biri - Elməddin Hüseynov da medal mübarizəsinə qoşulub. O, yaşı 17-yə qədər olan atletlər arasında 56 kq çəki dərəcəsində yarışıb.
Elməddin birdən qaldırma hərəkətində 98 kq nəticə göstərərək bu hərəkətdə 4-cü yeri tutub. Təkanla qaldırma hərəkətində isə 119 kq-ı ram edən pəhləvanımız bu hərəkətdə 7-ci yeri tutub.
Toplam 217 kq (98+119) nəticə göstərən atletimiz yekun sıralamada 6-cı pillədə qərarlaşıb.