Saleh Heydərov dünya birinciliyində bürünc medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində keçirilən taekvondo üzrə yeniyetmələr arasında dünya birinciliyində Azərbaycan idmançısı Saleh Heydərov uğurlu çıxışla yadda qalıb.

57 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarışda bürünc medala layiq görülüb. Bu nailiyyət Saleh Heydərovun beynəlxalq arenada qazandığı ilk dünya səviyyəli uğurlardan biri kimi dəyərləndirilir.

Qeyd edək ki, dünya birinciliyində dünyanın müxtəlif ölkələrindən yüzlərlə perspektivli gənc taekvondoçu iştirak edir. Azərbaycanın bu nüfuzlu turnirdə medal qazanması ölkəmizdə taekvondo idman növünün inkişafını bir daha təsdiqləyir.

Müəllif: Bəhruz MƏMMƏDOV