Gənc taekvondoçularımız Bolqarıstanda keçirilən Prezident Kubokunda üç medal qazandılar

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə G3 kateqoriyalı Prezident Kuboku turnirində Azərbaycan idmançıları uğurlu çıxışları ilə yadda qalıblar.
Yarışda çıxış edən təmsilçimiz Elcan Əliyev bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub və fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Digər taekvondoçularımız – Yunis Hüseynov və Fuad Məhərrəmli isə yüksək nəticə göstərərək bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, G3 kateqoriyalı Prezident Kuboku dünya reytinqinə təsir edən nüfuzlu turnirlərdən sayılır və burada əldə olunan xallar idmançıların beynəlxalq sıralamada mövqeyini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.
