Futbol ulduzları yenidən meydanda! “Legends Cup” Bakıda keçirildi

Minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” turniri mayın 19-da Milli Gimnastika Arenasında baş tutub. Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən oyunda ölkə futbolunun əfsanələri iştirak ediblər.
“Neftçi 2000-lər” komandasına Ağasəlim Mircavadov rəhbərlik edib. Komandanın heyətində Rəşad Sadıqov, Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahir Şükürov, Ruslan Abışov, Emin Quliyev, Rəşad Abdullayev, Hüseyn Məhəmmədov, Rail Məlikov, Samir Əliyev, Samir Ələkbərov, Bəxtiyar Musayev və Mahmud Qurbanov yer alıblar.
“Premyer Liqa məşqçiləri” komandasına Kurban Berdıyev başçılıq edib. Heyətdə Qurban Qurbanov, Elçin Rəhmanov, Elvin Məmmədov, Vaqif Cavadov, Ayxan Abbasov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Əfran İsmayılov, Yunis Hüseynov, Azər Bağırov, Samir Abasov, Fərhad Vəliyev və Elmar Baxşıyev iştirak ediblər.
Heç-heçə (1:1) başa çatan oyunun penalti seriyasında “Premyer Liqa məşqçiləri” 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Bakıda minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək.
