Bakıda ilk dəfə idman zallarının yarışı keçiriləcək!

25 may, saat 15:00-da EGP Arenada (Avropa Oyunları Parkında) baş tutacaq genişmiqyaslı Red Bull Gym Clash – idman zalları yarışına giriş sərbəstdir.

Tədbirdə ölkənin aparıcı idman zalları tərəfindən seçilmiş komandalar mübarizə aparacaq. Hər komandada 4 iştirakçı – 2 qadın və 2 kişi – yer alacaq. Onlar “ən güclü idman zalı” titulu uğrunda rəqabət apararaq həm fiziki hazırlıqlarını, həm də komanda şəklində işləmək bacarıqlarını nümayiş etdirəcəklər.

Bu yarış Red Bull tarixində ilk dəfə keçirilir və Azərbaycan bu unikal tədbirə ev sahibliyi edən ilk ölkədir.

Qalib komanda isə Yunanıstanda baş tutacaq Dünya Finalında ölkəmizi təmsil etmək imkanı qazanacaq.

Red Bull Gym Clash tədbiri Su İdman Sarayı və DJEVO Sport brendinin dəstəyi ilə keçiriləcək.

Qeyd edək ki, tədbirin xüsusi qonağı – tanınmış İordaniyalı Red Bull atleti və CrossFit təlimçisi Amin Atallah olacaq. O, yarış iştirakçıları ilə öz peşəkar təcrübəsini bölüşəcək və yarış boyunca onlara dəstək göstərəcək.

Fərqli məşqlərin nümayiş olunacağı bu yarışda izləyiciləri möhtəşəm mübarizə, qarşılıqlı motivasiya və güclü komanda ruhu gözləyir. Red Bull Gym Clash-in canlı atmosferini yerində hiss etmək və bu unikal təcrübənin bir hissəsinə çevrilmək istəyən hər kəs tədbirə dəvətlidir.

Müəllif: Bəhruz MƏMMƏDOV