KARATEÇİLƏR İSTANBULDA 2 MEDAL QAZANDILAR
ESTAFET/ Azərbaycan Milli Karate Federasiyasının getdikcə ağırlaşan maliyyə vəziyyəti artıq idmançıların məsul beynəlxalq yarışlarda nəticələrinə də təsir göstərməkdədir.
İstanbulda Dünya Karate Federasiyasının nüfuzlu turnirləindən olan Karate 1 liqasının A seriyasında böyük heyətlə iştirak edən idmançılarımız 2 bürünc medalla kifayətlənməli olublar. Gənclər və böyüklərdən ibarət seçmə komandalarnın bir çox üzvündən yalnız Rafael Ağayevlə (75 kq), İrina Zaretska (68 kq) A liqasının 3-cü pilləsini tutub. 12-ci İstanbul Open turnirində 72 ölkədən 1134 karateçi mübarizə aparıb.
Qarşıda yeniyetmə və gəncləri oktyabrın son günləri İspaniyada dünya çempionatı gözləyir. Dünya çempionatı 2018-ci ilin yayında Argentinada Yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran üç rəsmi yarışdan ikincisidir. Hazırlıqlar üçün ciddi çətinliklər olsa da təlim-məşq toplanışı davam edir.