Dina Ulyanova: “Latviya bizdən üstün mübarizə apardı”

Təəssüf ki, Latviya bizdən üstün mübarizə apardı.
innews.media xəbər verir ki, bu sözləri basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanova Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələ oyunları barədə fikirlərini bölüşərkən deyib.
O, rəqib komandanın oyunun əvvəlindən sonunadək üstünlüyü əlində saxladığını bildirib:
“Zəif çıxış etdik, səhvlərimiz oldu. Bunun üzərində işləyəcəyik. Artıq sabahdan məşqlərə başlayacağıq. Düşünürəm ki, bu məğlubiyyət gələcək oyunlarda bizi daha da güclü edəcək.”
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk görüşdə Misir yığmasını 14:12 hesabı ilə məğlub etsə də, ikinci oyunda Latviyaya 11:18 hesabı ilə uduzub və bununla da qrupdan çıxmaq şansını itirib.
