3x3 qadın millimiz "Bakı" mərhələsinin 1/4 finalında

26 may 3x3 basketbol üzrə Qadın Seriyasının "Bakı" mərhələsində ilk günün oyunları baş tutub.

Qadın millimiz qrupdakı ilk oyununda Niderland yığmasına 13-19 hesabı ilə məğlub olub. İkinci görüşdə qızlarımız Çexiyanın "Praqa" klubuna 16-12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb. Millimizin 1/4 finaldakı rəqibi "C" qrupunun lideri Latviya yığması olub.

Qeyd edək ki, oyun 27 may saat 18:15-də başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV