U-16 oğlan millimiz Bursa təlim-məşq toplanışına start verib

25 may tarixində U-16 oğlan millimiz Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışının ilk mərhələsinə başlayıb.
Millimiz təlim-məşq toplanışı çərçivəsində yerli Tofaş (U-16) klubu ilə hazırlıq oyununda öz gücünü sınaqdan keçirib. Hazırlıq oyununda Erhan Tokerin rəhbərlik ediyi millimiz rəqibinə 44-71 hesabı ilə məğlub olub. Hazırlıq prosesində əsas məqsəd 5-13 iyul Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək Avropa çempionatı "C" divizionunun oyunlarına hazırlaşmaqdır.
Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi 29 mayda yekunlaşacaq.
