Azərbaycan cüdoçuları Sarayevoda Avropa Kubokunda mübarizə aparacaq

31 may – 1 iyun tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək. Turnirdə ölkəmizi qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 6 çəki dərəcəsində 8 cüdoçu təmsil edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışa 29 ölkədən 320 idmançı (212 kişi, 108 qadın) qatılacaq.
Qadınlar
-48 kq
Leyla Əliyeva
Könül Əliyeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Ülviyyə Bayramova
-63 kq
Nərgiz Hacıyeva
-70 kq
Günel Həsənli
Aytac Qardaşxanlı
-78 kq
Nərmin Əmirli
