Qadınlardan ibarət yığmamız Avropa Kubokuna 8 cüdoçu ilə qatılır

31 may – 1 iyun tarixlərində Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda Azərbaycan 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. İdmançılarımıza qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Turnirdə 25 ölkədən 485 idmançı (301 oğlan, 184 qız) mübarizə aparacaq.
Qızlar
-48 kq
Fəridə Mirzəyeva
-52 kq
Xədicə Qədəşova
-57 kq
Fidan Qasımova
Aytən Verdiyeva
-63 kq
Nilgün Rzayeva
Fidan Əlizadə
-70 kq
Pərvanə Abdullayeva
-78 kq
Nigar Süleymanova
