3x3 basketbol üzrə "ABB Gənc Basketbol Liqası"nın qalibi "Xəzər Universiteti 2" komandasıdır

31 may Bakı İdman Sarayında 3x3 basketbol üzrə "ABB Gənc Basketbol Liqası"nın final mərhələsinin oyunları baş tutub.
Əsas mərhələnin final görüşündə "İdman Akademiyası" ilə "Xəzər Universiteti 2" komandası üz-üzə gəliblər. Oyunu "Xəzər Universiteti 2" komandası 21-15 hesablı qələbə ilə tamamlayaraq "ABB Gənc Basketbol Liqası"nın çempionu olub. Final oyununun ən dəyərli basketbolçusu (MVP) "Xəzər Universiteti 2" komandasının üzvü Fikrət Ələkbərov seçilib.
Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmiləri təqdim ediblər.
