3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində millilərimizin rəqibləri müəyyənləşib

7-8 iyun Kosovonun Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun (2025) təsnifat mərhələsinin oyunları baş tutacaq.
Təsnifat oyunlarında həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Kişilərdən ibarət millimiz "B" qrupunda Kosovo, Malta seçmələri ilə, qadın millimiz "B" qrupunda Kosovo yığması ilə üz-üzə gələcək. Kişi millimiz qrupda ilk oyununu 7 iyun Bakı vaxtı ilə 21:45-də Maltaya qarşı, ikinci oyununu isə 8 iyun 23:35-də Kosovo yığmasına qarşı keçirəcək. Qızlarımızın isə qrupdakı yeganə oyunu 8 iyun saat 23:10-da Kosovo millisinə qarşı baş tutacaq.
Qeyd edək ki, yalnız təsnifat mərhələsinin qalibi Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.
