Qadın 3x3 basketbol millimiz Avropa Kubokunun finalına yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 2025-ci il Avropa Kubokunun təsnifat mərhələsində növbəti inamlı qələbəsini qazanıb.

Təmsilçimiz yarımfinal görüşündə Malta yığmasına 21:11 hesabı ilə qalib gələrək finala yüksəlib. Komandamız həlledici qarşılaşmada Kipr millisi ilə üz-üzə gələcək.

Final oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq və FIBA-nın rəsmi YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV