Emreli Almaniya klubu ilə razılığa gəldi

ESTAFET/ Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.

Xəbərdə 27 yaşlı futbolçunun 2-ci Bundesliqa klubu ilə 3 illik müqavilə bağladığı bildirilir.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.

Müəllif: Orxan NOVRUZOV