FIDE NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ OLUB

ESTAFET/ Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov paytaxtımızda səfərdə olan FIDE rəsmiləriylə görüşüb. Kristal Zalda baş tutan işçi qrupunun iclasında FIDE-nin vitse-prezidenti İzrael Gelfer, FIDE prezidentinin köməkçisi Berik Balqabayev iştirak edib .


Bakı Şahmat Olimpiadasının rəsmi saytından verilən məlumata görə, görüş zamanı mötəbər yarışa hazırlığın son mərhələsi müzakirə edilib. İclasda iştirakçıların qeydiyyatı, yerləşdirilməsi, mətbuat mərkəzinin fəaliyyəti, olimpiada zamanı partiyaların rəsmi saytda canlı yayımlanması barədə fikir mübadiləsi aparılıb. Qonaqlar həm də Bakıda keçiriləcək FIDE-nin 87-ci Konqresinin təşkilati işləriylə maraqlanıb və görülən işləri yüksək qiymətləndirib.