Hidayət Heydərov ilk görüşdə məğlub oldu - DÇ

ESTAFET/ Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.
Son Avropa, dünya və Olimpiya çempionu ilk görüşdə məğlub olub.
27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.
Bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.
