“Barselona” Niko Uilyamsa görə buna da razıdır

ESTAFET/ Məlum olduğu kimi, “Barselona” Bilbao “Atletik”inin 22 yaşlı ispaniyalı sol cinah hücumçusu Niko Uilyamsın xidmətində maraqlıdır.
Kataloniya nəhəngi Uilyams müqabilində tələb edilən sərbəstqalma haqından – 58 milyon avro məbləğdən də artıq ödəniş etməyə hazırdır.
Vurğulanır ki, “Barselona” bu üsulla futbolçu müqabilində ödənişi hissə-hissə həyata keçirmək üçün “Atletik”i razı salmaq istəyir. Hazırda “Atletik” futbolçu müqabilində tam ödəniş edilməsi tələbəindən daşınmayıb.
