“Sabah”ın Sloveniya klubu ilə oyunlarının vaxtı müəyyənləşdi

ESTAFET/ "Sabah"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı "Çelye" (Sloveniya) komandası ilə matçlarının vaxtı açıqlanıb.
Bu barədə UEFA-nın mətbuat xidmətindən bildirilib.
İyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək. Ayın 17-də Sloveniyada baş tutacaq cavab qarşılaşması isə saat 22:00-da başlanacaq.
