Qurban Qurbanov: “Danışıqlar istədiyimiz kimi getmir” - VİDEO

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İdman TV"yə açıqlama verib.
Transferlərlə bağlı verilən sualı o, belə cavablandırıb.
"Danışıq apardığımız futbolçular var. Sayları çoxdur. Bir neçə nəfərlə daha ciddi danışıqlara başlamışıq. Əfsuslar olsun ki, danışıqlar tam istədiyimiz kimi getmir. Elə müddətdir ki, futbolçular daha yaxşı təklif gözləyirlər. İşimiz o qədər də asan deyil. Gün ərzində 3-4 saatımızı transfer fəaliyyətinə həsr edirik".
