Qurban Qurbanov: Bakıda keçiriləcək UFC turnirində olacam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov qarşıdan gələn “UFC Fight Night: Hill vs Rountree Jr.” turniri ilə bağlı fikirlərini bölüşüb və azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib.

“Hamını 21 iyun tarixində Baku Crystal Hall-a gəlməyə və azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. Baku Crystal Hall-da Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”.

Müəllif: Natiq NƏSİROV