Azərbaycan Karate Federasiyası 34 il sonra Xankəndi şəhərində

Azərbaycan Karate Federasiyasının nəzdinə "Xankəndi Karate Klubu" yaradılmış və fəaliyyətə başlamışdır.

Klubun rəhbəri və baş məşqçisi Murad Səmədzadə Elsevər oğlu təyin edilmişdir.

Bu mühüm addım bölgədə idmanın inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və milli dəyərlərimizin təbliğinə xidmət edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV