Fərid Qayıbov: “Gənclərin cəmiyyətə faydalı vətəndaş kimi formalaşması vacibdir”

İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarının fəal gəncləri ilə görüşüb.

Qəbələ şəhər Mədəniyyət Mərkəzində keçirilən görüşdə gənclərlə səmimi söhbət aparan nazir Fərid Qayıbov onların fikir və təkliflərini dinləyib, müxtəlif mövzularla bağlı suallarını cavablandırıb. Nazir gənclərin ictimai fəallığının artırılmasının və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmalarının vacibliyini vurğulayıb.

Tədbirdə gənclərlə karyera planlaması, təhsil imkanları, şəxsi və peşəkar inkişaf mövzularında müzakirələr aparılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV