“Sabah” Rəhman Daşdəmirovla 2 illik müqavilə imzaladı

“Sabah” müdafiəçisi Rəhman Daşdəmirovla yeni müqavilə bağlayıb.

Klubdan verilən məlumata görə, 25 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2 ildir.

Azərbaycan millisinin də üzvü olan Rəhman 2023-cü ildən Bakı təmsilçisinin uğurları üçün çalışır.

Müəllif: Bəhruz MƏMMƏDOV