Mahir Emreli “Kayzerslautern”lə 3 illik müqavilə imzaladı

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubu ilə rəsmi müqavilə imzalayıb.

27 yaşlı futbolçu yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək. Müqavilənin müddəti üç il olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər 2-ci Bundesliqa təmsilçisi “Nürnberq” klubunda keçirib.

“Kayzerslautern” isə 2024/25 mövsümünün əvvəlində yekunlaşan son çempionatda 7-ci yerdə qərarlaşıb.

Müəllif: Bəhruz MƏMMƏDOV