Emil Balayev “Neftçi” ilə müqaviləsini uzatdı

“Neftçi” futbol klubu qapıçısı Emil Balayevlə yeni müqavilə imzalayıb.

Əldə olunan razılaşmaya əsasən, təcrübəli qolkiper 2026-cı ilin yayına qədər “ağ-qara” formanı geyinməyə davam edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emil Balayev 2011–2014-cü illərdə də klubun əsas heyətində çıxış edib. O, 2023-cü ilin yayında komandaya yenidən qoşulub.

Milli komandanın da formasını geyinən qapıçı, Azərbaycan yığmasının heyətində 14 oyun keçirib.

Müəllif: Bəhruz MƏMMƏDOV